Ukrayna rusiyalı kişilərin ölkəyə daxil olmasına icazə verməyəcək

əsgərlər

Şəklin mənbəyi, Getty Images

Ukrayna hərbi vəziyyətin hökm sürdüyü dövrdə 16-60 yaşında rus kişilərin ölkəyə daxil olmasına icazə verməyəcək, Dövlət Sərhəd Xidmətinin rəhbəri deyib.

Hərçənd ki, yas mərasimləri kimi "insanlıq hallarında" bəzi istisnalar da olacaq.

Ukraynanın Rusiya ilə həmsərhəd 10 bölgəsində bir aylıq hərbi vəziyyət elan edilib.

Hadisə ötən həftəsonu Qara Dənizdə 24 dənizçinin olduğu 3 Ukrayna gəmisinin saxlanmasından sonra Rusiyanın müdaxiləsi narahatlıqları zəminində baş verir.